Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə hücumuna etiraz etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198203-qəzzə_sakinləri_sionistlərin_əl_Əqsa_məscidinə_hücumuna_etiraz_etdilər
Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə və Qüdsdə yaşayan fələstinlilərə qarşı hücumlarına etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2015 08:49 Asia/Baku
  • Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə hücumuna etiraz etdilər
    Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə hücumuna etiraz etdilər

Qəzzə sakinləri sionistlərin əl-Əqsa məscidinə və Qüdsdə yaşayan fələstinlilərə qarşı hücumlarına etiraz olaraq aksiya keçiriblər.

Əl-Aləm kanalının məlumatına görə, Qəzzə sakinləri bazar ertəsi günü axşam namazından sonra əl-Əqsa məscidini və Qüdsdə yaşayan fələstinliləri himayə məqsədilə aksiya keçiriblər.
Aksiya iştirakçıları sionistlərin əl-Əqsa məscidinə hücumlarının davam və fələstinlilərin həbs edilməsini pisləyiblər.
Həmçinin, onlarla fələstinli bazar ertəsi günü işğal altında olan qüdsün Əşqəriyyə məntəqəsində sionist rejim hərbçilərinin zəhərli qazlardan istifadə etmələri nəticəsində zəhərlənib.
Fələstinin informasiya qaynaqları bildirirlər ki, bazar ertəsi günü fələstinli gənclər və sionistlər arasında çıxan toqquşma hələ də davam edir.
Ramallahda, Beyt İl yoxlama buraxılış postu yaxınlığında çıxan toqquşma ilə bir vaxtda, sionist rejimin baş naziri Benyamin Netanyahu Qüdsdəki hərbçilərin sayının 4000 nəfərə qədər artırılması barədə göstəriş verib.