BƏƏ mediası Ədəndə 15 koalisiya hərbçisinin öldüyünü təsdiq etdi
Okt 06, 2015 14:42 Asia/Baku
-
BƏƏ mediası Ədəndə 15 koalisiya hərbçisinin öldüyünü təsdiq etdi
Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi Ədəndə Xalid Bəhahın iqamətgahına edilən raket hücumunda Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin 15 hərbçisinin həlak olmasını təsdiq edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri bu gün səhər Yəmənin fərari prezidentinin müavini Xalid Bəhahın qaldığı Qəsr otelini raket ilə hədəfə alıblar. Bu hücum zamanı Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin onlarla hərbçisi həlak olub.Teqlər