Ramallahda gərginlik yüksəli
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198231-ramallahda_gərginlik_yüksəli
Fələstinlilərlə sionistlər arasında toqquşmaların artmasının ardınac bir qrup fələstinli gənc işğal edilmiş ərazilərdə İsrail hərbçiləri tərəfindən vurularaq yaralanıb və ya şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2015 07:24 Asia/Baku
  • Ramallahda gərginlik yüksəli
    Ramallahda gərginlik yüksəli

Fələstinlilərlə sionistlər arasında toqquşmaların artmasının ardınac bir qrup fələstinli gənc işğal edilmiş ərazilərdə İsrail hərbçiləri tərəfindən vurularaq yaralanıb və ya şəhid olub.

İRİB-nin əl-Əqsa informasiya kanalına istinadlı məlumatına görə, Yafa şəhərində gedən toqquşmalarda 3 İsrail hərbçisi yaralanıb.
İşğalçı rejim hərbçiləri həmçinin, fələstinlilərin etiraz aksiyasını yatırtmaq üçün gücdən istifadə edib. Bu zaman 2 fələstinlinin həbs olunduğu bildirilir.
Fələstinli gənclər çərşənbə axşamı daş və molotov kokteylindən istifadə edərək, Qüds və Qərb Sahilində İsrail hərbçilərinə hücum ediblər.
Fələstinin qırmızı aypara cəmiyyəti bildirir: çərşənbə axşamı Qərb Sahilində İsrail hərbçiləri ilə çıxan toqquşmalarda 100 fələstinli yaralanıb.
Fələstin Azadlıq Hərəkatının İcra Komitəsinin katibi də deyib: İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərə qarşı hərtərəfli savaş elan edib.
Fələstinlilərə qarşı son repressiya əməliyyatı zamanı, bir gün ərzində Beytül Müqəddəsdə əl-Əqsa məscidini müdafiə edən 400 fələstinli yaralanmışdı. Bu hadisənin ardınca fələstinli gənclər öz müqəddəslərini müdafiəyə qalxdılar ki, bu da toqquşmaların artmasına yol açdı. Həmas, hazırda baş verməkdə olanları 3-cü intifazənin başlanğıcı adlandırıb.