Ərəbistan Yəmənə hücumları zamanı müharibə cinayətlərinə yol verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198233-Ərəbistan_yəmənə_hücumları_zamanı_müharibə_cinayətlərinə_yol_verib
Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə günü Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə cinayətlərinə yol verildiyini bildirib və bu koalisiya üzvlərinə bəzi silahların verilməsi əməliyyatının təxirə salınmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2015 07:55 Asia/Baku
  • Ərəbistan Yəmənə hücumları zamanı müharibə cinayətlərinə yol verib
    Ərəbistan Yəmənə hücumları zamanı müharibə cinayətlərinə yol verib

Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə günü Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə cinayətlərinə yol verildiyini bildirib və bu koalisiya üzvlərinə bəzi silahların verilməsi əməliyyatının təxirə salınmasını istəyib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, mərkəzi qərargahı Londonda yerləşən bu təşkilat ABŞ-ın yaxtın müttəfiqləri olan Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin əsas rol oynadığı anti-Yəmən koalisiyasının insan haqlarını pozması və müharibə cinayətlərinə yol verməsi barədə müstəqil və təsirli bir araşdırmanın aparılmasını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatının Faktaraşdırıcı Komitəsinin sədri Donatla Revora deyib: Bu təşkilatın əldə etdiyi faktlar Ərəbistanın başçılıq etdiyi koalisiyanın qeyri-qanuni hücumlarını aydın formada sübut edir və bu hücumların bəzisi müharibə cinayətləridir.
O daha sonra deyib: Bu hesabat , bu cinayətlərin törədilməsi üçün istifadə edilən silahların koalisiya üzvlərinə verilməsi əməliyyatının dayandırılmasının nə qədər önəmli olduğunu ortaya qoyur.
"Bombalar gündüz və gecə səmadan yağır: Yəmənin şimalında sivil əhalisi bombardman edilir" adlanan bu hesabat Ənsarullahın nəzarəti altında olan ərazilərdə sivil əhalinin vəziyyətindən bəhs edir.
Bu hesabatda Sədə vilayətinə edilən 13 öldürücü hücum araşdırılıb. Bu hücumlar zamanı istifadəsi qadağan edilmiş kaset bombalarından istifadə edərək, 59-u uşaq olmaqla 100 sivil qətlə yetirilib.
Beynəlxalq Amnistiya Təşkilatı həmçinin bildirib: Amerika habelə, bu koalisiyaya silah verən digər ölkələr baş verənlərə görə məsuliyyət daşıyırlar. Onlar bilməlidirlər ki, bu silahlar beynəlxalq insan haqlarının pozulmasına xidmət edir.