Yəmənin şərqində gedən toqquşmalarda ölü və yaralı sayı 195-ə yüksəldi
Okt 07, 2015 09:15 Asia/Baku
-
Yəmənin şərqində gedən toqquşmalarda ölü və yaralı sayı 195-ə yüksəldi
Ötən iki gün ərzində Yəmənin şərqində yerləşən Maarib vilayətində gedən qanlı toqquşmalarda 60 nəfərin öldüyü, 135 nəfərin isə yaralandığı bildirilir.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Yəmənin Maarib vilayətində bir hərbi qaynaq bildirib ki, ötən iki gün ərzində bu vilayət Ənsarullah qrupu və Yəmən ordusu ilə istefada olan fərari prezident Mənsur Hadinin tərəfdarları arasında ən qanlı və ağır toqquşmaların şahidi olub.Bu mənbə həmçinin bildirib: Ənsarullah qüvvələri ilə ABŞ və Ali-Səud rejimi tərəfindən himayə edilən Mənsur Hadiyə bağlı qüvvələr arasındakı toqquşmalar ilə bir vaxtda, Ərəbistan qırıcıları da Ənsarullah qrupu və müttəfiqlərinin mövqelərinə zərbələr endiriblər.
Ərəbistan və müttəfiqləri 26 mart 2015-ci il tarixindən Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlara başlayıblar.
Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları əsasən sivil infrastrukturlar o cümlədən məktəblər, xəstəxanalar, yaşayış binalarını hədəfə alıb. İndiyə kimi bu hücumlarda minlərlə insan ölüb və yaralanıb.
Teqlər