Ərəbistan Yəməndə bir toy mərasimini vurdu, 30 nəfər şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198262-Ərəbistan_yəməndə_bir_toy_mərasimini_vurdu_30_nəfər_şəhid_oldu
Ərəbistan qırıcıları bir daha Yəməndə bir toy mərasimini bombalayıblar, 30 nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 08:42 Asia/Baku
  • Ərəbistan Yəməndə bir toy mərasimini vurdu, 30 nəfər şəhid oldu
    Ərəbistan Yəməndə bir toy mərasimini vurdu, 30 nəfər şəhid oldu

Ərəbistan qırıcıları bir daha Yəməndə bir toy mərasimini bombalayıblar, 30 nəfər həyatını itirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcılarının Yəmənin Dəmar vilayətində, Sənban kəndində bir toy mərasiminə hücumu zamanı 30 nəfər şəhid olub, 31 nəfər də yaralanıb.
Şəhid olanlar əsasən qadınlar və uşaqlardırlar.
Yerli mənbələr bildirirlər ki, Ərəbistan qırıcıları Dəmar şose yolunun yaxınlığında yerləşən Mifə Ənəs məntəqəsində Məhəmməd Saleh adlı şəxsin toy mərasimini hədəfə alıblar.
Əl-Aləm kanalının məlumatın agörə, Dəmar vilayətinin səhiyyə idarəsinin, Yəmənin mühasirədə olmasına görə, səhiyyə vəziyyətinin acınacaqlı duruma düşməsini fəryad etdiyi bir şəraitdə, Sədə vilayətinin qadağan olunmuş silahlardan o cümlədən kaset bombaları, kütləvi qırğın silahları və kimyəvi bombalardan istifadə edilərək, tamamilə məhv edilməsi əməliyyatı hələ də davam edir.
Sədə vilayətinin səhiyyə idarəsinin müdiri Abdullah Əza deyib: Sədə vilayətinin geniş formada Ərəbistan və müttəfiqləri tərəfindən bombardman edilməsi, qadağan olunmuş silahlar və kimyəvi bombalardan istifadə Sədə vilayətində bir sıra qorxulu xəstəliklərin yayılmasına səbəb olub.
O, Yəmənin rəsmi xəbər agentliyinə verdiyi müsahibədə əlavə edib: İndiyə kimi 1200 nəfər Ərəbistan qırıcılarının hücumları nəticəsində şəhid olub, 2500 nəfər isə yaralanıb. Hadisə qurbanlarını əsasən qadınlar və uşaqlar təşkil edir.
Ərəbistan rejimi və müttəfiqləri Yəməndə sivil insanları və yaşayış məntəqələrini hədəfə alaraq, insanları dözülməz vəziyyət ilə üzləşdiriblər.