Yəmən Ənsarullahı Ərəbistanın yeni cinayətinə reaksiya verdi
Okt 09, 2015 08:38 Asia/Baku
-
Yəmən Ənsarullahı Ərəbistanın yeni cinayətinə reaksiya verdi
Səudiyyə Ərəbistanı rejimi qüvvələrinin Yəməndə toy məclisinə hücumu nəticəsində onlarla yəmənlinin həlak olmasına Ənsarullah Xalq Hərəkatı ciddi reaksiya verib.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanlına istinadla verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurası cümə axşamı gecə Səudiyyə Ərəbistanının Zimar vilayətinin Sənban məntəqəsində toy məclisinə hücumu nəticəsində sakinlərin qırğın edilməsi üzrə yeni cinayətini pisləyib və bildirib: Yəmən xalqı Ali-Səud rejimi və bu rejimin müttəfiqlərinin cinayətləri qarşısında sükut etməyəcək.Ənsarullah Hərəkatının Siyasi Şurasının bəyanatında əlavə olunur: Yəmən vətəndaşlarının şənlik və toy məclislərinin səudiyyəli təcavüzkarlar tərəfindən bombalandığı zamana qədər təcavüzkarlarla onların öz dili ilə mübarizə aparmaqdan başqa çarə yoxdur.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Zimar vilayətinin Sənban məntəqəsində toy məclisinə hücum edərək ən azı 54 yəmənlini qırğın edib və onlarla nəfər də yaralanıb.
Bir neçə gün öncə də təcavüzkar qırıcı təyyarələr Təiz vilayətinin əl-Məxa məntəqəsində toy məclisini hədəfə almışdılar. Nəticədə 131 nəfər, o cümlədən 80 uşaq və qadın həlak olmuşdu.
Bu arada bildirilib ki, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Təiz və Sədə vilayətinin yaşayış bölgələrini bombardman edərək 6 qadın və uşağı qətlə yetirib və onlarla nəfər də yaralanıb.
Digər tərəfdən bildirilib ki, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənub-qərbində Əsir vilayətinin Rubuə məntəqəsində Ərəbistna ordusunun bir neçə zirehli avtomobilini məhv ediblər. Məlumata görə, bu hücumda bir neçə səudiyyəli hərbçi ölüb və yaralanıb.
Teqlər