Nəsrullah: Yəmən xalqı Ali-Səuda təslim olmayacaq
Okt 09, 2015 12:10 Asia/Baku
-
Nəsrullah: Yəmən xalqı Ali-Səuda təslim olmayacaq
Livan Hizbullahının baş katibi Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətləri qarşısında beynəlxalq sükutu tənqid atəşinə tutaraq deyib: Bütün təzyiqlərə baxmayaraq Yəmən xalqı Ərəbistana təslim olmayacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah əl-Əhvaz telekanlına verdiyi müsahibədə Ərəbistanın Yəmənə istefa vermiş fərari prezidenti iqtidara qaytarmaq məqsədilə etdiyi irimiqyaslı hücumları pisləyərək deyib: Belə bir şəraitdə beynəlxalq ictimaiyyət Səudiyyə rejiminin Yəməndəki cinayətləri qarşısında etinasız qalmamalıdır.Seyid Həsən Nəsrullah Suriya proseslərinə münasibət bildirərək deyib: İndiyə qədər Suriyanı viran etmək üçün milyardlarla dollar xərcləyiblər, yüzlərlə ton silahı bu ölkə vətəndaşlarına qarşı istifadə ediblər, bütün ölkələrdən minlərlə terrorçunu bu ölkəyə ezam ediblər və həmçinin müxtəlif ərəb və beynəlxalq medialardan istifadə edərək Suriya dövlətinə qarşı və bu dövləti məhv etmək və bu ölkə xalqına nəzarət etmək məqsədilə təhrikedici dini vasitələrə əl atıblar.
Livan Hizbullahının baş katibi bildirib: Hazırda həqiqət Suriya xalqı üçün aydın olub ki, Suriyada düşmənlərin məqsədi demokratiya deyil. Əksinə bu məkrli planda məqsəd İŞİD təkfirçi-sionist qruplaşmasının vəhşicəsinə örnəyini bu ölkədə yerləşdirməkdir.
Seyid Həsən Nəsrullah xatırladıb: Daxili, regional və beynəlxalq proseslər sayəsində Suriyada təhlükəli mərhələni arxada qoyduq. Suriya işi yeni prosesdə hərəkət edəcək və həmçinin bu ehtimal vardır ki, SUriya böhranı ciddi şəkildə diplomatik həll yolu ilə izlənilsin.
Livan Hizbullahının baş katibi həmçinin İran İslam Respublikasının region və dünyadakı xüsusi yerinə toxunaraq əlavə edib: İran dünyanın əmin-amanlı və stabil ölkələrindən biridir, yüksək ictimai hakimiyyətə, iradəyə və güclü sivilizasiyaya malikdir və regional və beynəlxalq proseslərdə yüksək mövqeyə sahibdir.
Seyid Həsən Nəsrullah İranın region ölkələrinin müstəqilliyini dəstəklədiyini və Tehranın imperialist qüdrətlərin zorakılığına qarşı olduğunu bildirərək deyib: Əgər İran olmasaydı, region xalqlarının taleyi digər şəkildə olardı.