Okt 09, 2015 14:25 Asia/Baku
  • Kərbəlanın təhlükəsizliyi 30 min qüvvənin iştirakı ilə təmin olunur
    Kərbəlanın təhlükəsizliyi 30 min qüvvənin iştirakı ilə təmin olunur

İraqın cənubunda yerləşən Kərbəla vilayətinin valisi Məhərrəm ayında, xüsusilə də Tasua və Aşura günlərində bu vilayətin təhlükəsizliyinin təmin olunması üçün 30 min təhlükəsizlik qüvvəsinin iştirak edəcəyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İraqın Bərasa Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Babil, Nəcəf-Əşrəf və Kərbəla vilayətləri polis rəislərinin iclasında iştirak edən Kərbəla valisi Əqil əl-Tərihi deyib: Kərbəlada Məhərrəm ayında, xüsusilə də Tasua və Aşura günlərində təhlükəsizliyin bərqərar olması üçün 30 min təhlükəsizlik qüvvəsi, 1200 könüllü qadının iştirakı ilə fəaliyyət göstərəcəkdir.
Kərbəla valisi həmçinin İraq baş naziri Heydər əl-İbadidən Kərbəlada xidmətlərin yaxşılaşdırılması və təhlükəsizliyin təmin olunması üçün əlavə büdcənin ayırmasını istəyib.
Kərbəla vilayəti hər il Məhərrəm ayının başlanması, xüsusilə də Tasua və Aşura günlərində İraqın müxtəlif şəhərləri və digər ölkələrdən milyonlarla zəvvara ev sahibliyi edir.

Teqlər