Yəmənin Babulməndəb boğazına qarşı hücum dəf olunub
Okt 10, 2015 09:57 Asia/Baku
-
Yəmənin Babulməndəb boğazına qarşı hücum dəf olunub
Yəmənin ordu qüvvələri səudiyyə təcavüzkarlarının Babulməndəb boğazına qarşı yeni hücumunu dəf ediblər.
Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, yəmənli hərbi mənbələr bildiriblər ki, bu ölkənin ordu və xalq komitələri qüvvələri səudiyyə təcavüzkarlarının Yəmənin cənub-qərbi və Qırmızı dənizin cənub girəcəyində yerləşən Babulməndəb boğazına qarşı yeni hücumunu dəf və onları geriyə çəkilməyə vadar ediblər.Yəmənin Səba xəbər agentliyi Babulməndəbdə Yəmənin ordu və xalq komitələri qüvvələri tərəfindən polkovnik Salim Sumili Ələtri Əlsubhi daxil olmaqla Ərəbistanın muzdur yəmənli və təcavüzkar qüvvələrindən bir çoxunun öldürülməsindən xəbər verib.
Ərəbistan və müttəfiqləri ötən günlərdə dəfələrlə Babulməndəbə hücum ediblər ki, bu hücumlar yəmənli qüvvələr tərəfindən dəf edilibdir.
Yəmənin Əlməsirə telekanalı da xəbər veribdir ki, Yəmənin ordu və xalq komitələri qüvvələri Ərəbistanın Cazan vilayətindəki Əlşəbəkə, Əlqaim, Əlməşqəf, Əldud, Əlqərn, Əlməətən və Əlxubə məntəqələrində səudiyyə hərbçilərinin mövqelərini raket hücumları ilə hədəfə alıblar. Nəticədə Ərəbistnaın Əlxubə şəhərinin elektrik enerjisi kəsilib.
Teqlər