Okt 10, 2015 18:56 Asia/Baku
  • Bəhreyndə anti-hökumət aksiyası
    Bəhreyndə anti-hökumət aksiyası

Bəhreyn xalqı Ali-Xəlifə rejimi qüvvələrinin məhərrəm ayı əzadarlığı mərasimlərinə qarşı hücumlarına etirazda aksiya keçirib.

Əlaləm xəbər portalının məlumatına görə, güclü təhlükəsizlik tədbirlərinə rəğmən, Sitrə, Biladi Qədim, Sar və Musəlla daxil olmaqla müxtəlif məntəqələrdən gəlmiş Bəhreyn xalqı bu ölkənin paytaxtı Manamada daxili işlər nazirliyi yaxınlığında aksiya keçirərək, Ali-Xəlifə rejiminin məhərrəm ayında əzadarlıq mərasiminin keçirilməsinin qarşısını almasına etiraz edib.
Bəhreynli aksiyaçılar şüarlar verərək, bu ölkənin məsul şəxslərinin məhərrəm ayı əzadarlığı mərasimlərinə hücumlarının qarşısının alınmasını istəyiblər.
Bəhreynli etirazçılar bu ölkə bayrağını və bu ölkədə həbsdə olan siyasi məhbuslar, o cümlədən Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın təsvirlərini əllərinə götürüb, onların azadlığa buraxılmalarını tələb ediblər.
Digər tərəfdən, Bəhreyn İnsan Haqları Cəmiyyəti Ali-Xəlifə rejimi hərbçilərinin əzadarlıq mərasimlərinə qarşı hücumlarını pisləyib və bu addımları azadlığın aşkarcasına yatırılması adlandırıbdır.

Teqlər