Ankarada terror partlayışları məkanı yaxınlığında aksiya
Okt 11, 2015 16:49 Asia/Baku
-
Ankarada terror partlayışları məkanı yaxınlığında aksiya
Türkiyə əhalisindən minlərlə nəfər şənbə günü Ankarada baş vermiş terror partlayışları qurbanlarının xatirəsinə aksiya keçirib.
IRIB-nin məlumatına görə, Türkiyə əhalisindən minlərlə nəfər bazar günü Ankarada terror partlayışları məkanı yaxınlığında, şəhərin mərkəzindəki Səhiyyə meydanına toplaşıb, bu partlayışların qurbanlarının cəsədlərini müşayiət edərək, Türkiyənin dövləti və prezidentinə qarşı şüarlar veribdir.Bu məlumata görə, aksiya Türkiyənin polis qüvvələrinin güclü təhlükəsizlik tədbirləri altında keçirilib.
Türkiyə sülh toplanışı üzrə koordinasiya komitəsi bazar günü bir bəyanatda bu ölkə xalqının bazar ertəsi və çərşənbə axşamı günlərində ümumi tətildə iştirak etməsini istəyib.
Türkiyə baş nazirlik orqanının böhran mərkəzi bir məlumatda bildirib ki, şənbə günü Ankarada baş vermiş iki partlayışda həlak olanların sayı 97 nəfərə çatıb və Ankrara xəstəxanalarında yatırılmış yaralıların sayı 248 nəfərdir.
İndiyədək heç bir qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyib.
Türkiyə dövləti bu partlayışların ardınca həmin ölkədə üç gün ümumi matəm elan edib.
Teqlər