Ərəbistan Yəməndə neçənci dəfədir ki, qadağan olunmuş bombalardan istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198415-Ərəbistan_yəməndə_neçənci_dəfədir_ki_qadağan_olunmuş_bombalardan_istifadə_edir
Yəmənli qaynaqlar Ərəbistanın Yəmən xalqına qarşı neçənci dəfədir, qadağan olunmuş bombalardan istifadə etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2015 10:26 Asia/Baku
  • Ərəbistan Yəməndə neçənci dəfədir ki, qadağan olunmuş bombalardan istifadə edir
    Ərəbistan Yəməndə neçənci dəfədir ki, qadağan olunmuş bombalardan istifadə edir

Yəmənli qaynaqlar Ərəbistanın Yəmən xalqına qarşı neçənci dəfədir, qadağan olunmuş bombalardan istifadə etməsindən xəbər veriblər.

Frans-Press-in məlumatına görə, Ərəbistan qırıcıları Yəmən xalqına qarşı geniş təcavüzlərinin davamında Səədə vilayətində yerləşən Hidan məntəqəsində qadağan olunmuş bombalardan istifadə ediblər.
Bundan öncə də İnsan Haqları Gözətçisi Təşkilatı bir hesabatda Ərəbistanı Yəməndə kasset bombalardan istifadə etməkdə ittihamlandırmışdı.
Bu hesabatda Ərəbistanın başçılıq etdiyi "Yəmənə hücum koalisiyası"ndan istənilmişdi ki, kasset bombaların işlədilməsini tez bir zamanda dayandırsın.
Digər tərəfdən, Səna və Səədə vilayətləri bir neçə dəfə səudiyyə qırıcılarının ən ağır hava hücumlarına məruz qalıblar və bu hücumlarda onlarla nəfər həlak olubdur.
Belə bir halda, Yəməndəki bir çox xəstəxana Ərəbistanın hücumlarının davam etməsi səbəbindən kəskin dərman və tibb ləvazimatı çatışmazlığı ilə üz-üzədir.