Kılıçdaroğlu Türkiyədə artan gərginlik barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198494-kılıçdaroğlu_türkiyədə_artan_gərginlik_barədə_xəbərdarlıq_etdi
Türkiyədə ana müxalifət lideri bəzi dairələrin ölkədə gərginliyin artırılması üzrə səyləri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2015 17:44 Asia/Baku
  • Kılıçdaroğlu Türkiyədə artan gərginlik barədə xəbərdarlıq etdi
    Kılıçdaroğlu Türkiyədə artan gərginlik barədə xəbərdarlıq etdi

Türkiyədə ana müxalifət lideri bəzi dairələrin ölkədə gərginliyin artırılması üzrə səyləri barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının(CHP) başqanı Kamal Kılıçdaroğlu çərşənbə günü Ankarada törədilən son partlayışlara işarə edərək, deyib: Ölkə daxilində və xaricində olan bəzi qruplar və dairələr ölkəni Yaxın Şərqdəki böhran bataqlığına sürükləməyə çalışırlar.
Ana müxalifət lideri həmçinin, partiyasının ölkədəki kobudluqlara son vermək üçün digər partiyalar ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Şənbə günü Türkiyənin paytaxtı Ankarada törədilən 2 güclü partlayış, bu ölkə tarixində son illərin ən güclü terror aktı sayılır. Bu hadisədə 97 nəfər həyatını itirmişdi.
Terror aktı nəticəsində həmçinin 246 nəfər də yaralanıb.
İndiyə kimi heç bir qrup bu terror aktının məsuliyyətini üzərinə götürməyib. Amma, Türkiyə dövləti bu hadisəyə görə İŞİD-in məsuliyyət daşıdığını bildirir.