Okt 16, 2015 14:38 Asia/Baku
  • Brucerdi Seyid Həsən Nəsrullahla görüşüb
    Brucerdi Seyid Həsən Nəsrullahla görüşüb

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri və Livan Hizbullahının baş katibi Livan və regionun son siyasi və təhlükəsizlik prosesləri barədə danışıqlar aparıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, bir heyətin müşayiəti ilə Livana səfər etmiş Əlaəddin Brucerdi cümə axşamı günü paytaxt Beyrutda Livan rəsmiləri ilə region və dünya prosesləri və Tehran-Beyrut əlaqələrinin genişləndirilməsi yolları barədə danışıqlar aparıb.
Brucerdi Livana səfər etməzdən öncə Suriya prezidenti Bəşşar Əsəd, baş nazirin müavini və xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşərək danışıqlar aparmışdı.

Teqlər