İsmayıl Həniyyə müqavimət və intifazənin davamını vurğuladı
Okt 16, 2015 21:54 Asia/Baku
Fələstin İslam Müqaviməti Hərəkatı Həmasın siyasi bürosunun sədr müavini sionist rejimə qarşı müqavimət və intifazənin davam etməsini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, İsmayıl Həniyyə mətbuat konfransında deyib: Sionist rejimin Qəzzə zolağı, İordan çayının qərb sahili, Beytül-Müqəddəs və digər Fələstin ərazilərində heç bir gələcəyi yoxdur və tezliklə məhv olacaq.İsmayıl Həniyyə əlavə edib: Fələstin xalqı Qüdsü işğal etmiş rejimə qarşı intifazə və müqavimətin davam etməsinə qərar verib. Lakin bu məsələ köməyə ehtiyaclıdır və intifazə dəstəklənməlidir.