Ərəbistanın şərqində Hüseyn(ə) əzadarlarına hücum edilib
Okt 17, 2015 07:38 Asia/Baku
-
Ərəbistanın şərqində Hüseyn(ə) əzadarlarına hücum edilib
Ərəbistanın şərqində Hüseyn(ə) əzadarlarına edilən hücumda 5 nəfər həlak olub.
PressTV cümə günü axşam təcili bir xəbərdə bildirdi ki, Ərəbistanın şərqində yerləşən Qətif vilayətinin Seytat şəhərində naməlum silahlılar Heydəriyə hüseyniyəsi və İmam Həsən(ə) məscidinə hücum edərək, 5 nəfəri öldürüblər. Bu hadisədə 10-dan çox insan da yaralanıb.Röyters də bildirib ki, Ərəbistanın təhlükəsizlik qüvvələri ölkənin şərqində şiələrin hüseyniyəsinə hücum edən silahlı bir şəxsi qətlə yetiriblər.
Bu hücumla bağlı xəbərlərdə hadisənin detallarına işarə olunmayıb.
Teqlər