Əl-Xəlildə daha bir fələstinli gənc şəhid oldu
Okt 17, 2015 14:23 Asia/Baku
Qərb Sahilinin cənubunda, əl-Xəlildə bir sionist qəsəbə sakini fələstinli bir gəncə tərəf atəş açaraq, onu şəhid edib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bu sionist qəsəbə sakini bu gün səhər əl-Xəlildə Mufid əl-Şəryati adlı 14 yaşlı fələstinlini güllələyərək, şəhid edib.Bu fələstinli gəncin şəhid olması ilə ötən iki həftə ərzində şəhid olan fələstinlilərin sayı 40 nəfərə çatıb.
Bu arada informasiya vasitələri Qərb Sahilində fələstinlilərlə sionistlər arasında toqquşmaların davam etməsindən xəbər veriblər.
Sionist rejim hərbçiləri cümə günü "Qəzəb Cüməsi" günündə Qəzzə ilə sərhəd məntəqələrdə və Qərb Sahilində fələstinlilərə tərəf atəş açaraq, 5 nəfəri şəhid ediblər.
Fələstinin Qırmızı Aypara Cəmiyyəti şənbə günü bildirib ki, Fələstinin müxtəlif məntəqələrində oktyabr ayından başlanan xalq etirazları indiyə kimi 5 min fələstinlinin yaralanmasına səbəb olub.