Okt 18, 2015 15:51 Asia/Baku
  • Seyid Həsən Nəsrullahın şəhid Həsən Məhəmməd Hacın xatirəsinə həsr olunmuş mərasimdə çıxışı
    Seyid Həsən Nəsrullahın şəhid Həsən Məhəmməd Hacın xatirəsinə həsr olunmuş mərasimdə çıxışı

Livan Hizbullahının baş katibi Livan Hizbullahının komandanlarından olan Həsən Məhəmməd əl-Hacın şəhid olması münasibətilə Livan xalqı və müqavimət hərəkatını təbrik edərək, başsağlığı verib.

İRİB-nin məlumatına görə, Seyid Həsən Nəsrullah bu gün səhər şəhid Əbu Məhəmməd əl-İqlim adı ilə məşhur olan Həsən Məhəmməd əl-Hacın xatirəsinə Livanın əl-Ləvizə kəndiində təşkil edilmiş anım mərasimində etdiyi video-çıxışında deyib: İman, fədakarlıq, yüksək hərbi təcrübəyə malik olmaq, İslam və ədəb qaydalarına riayət etmək Əbu Məhəmmədin xüsusiyyətlərindən idi və bu şəhid komandan daim cəbhə xətlərində iştirak edərdi və sonunda şəhid oldu.

Nəsrullah həmçinin, təkfirçi terrorçuların regiondakı fəaliyyətlərinə işarə edərək, deyib: Ötən illər ərzində regionda formalaşdırılan təkfirçi ssenarisi mücahidlər və mübarizlərin qətiyyətli müqaviməti ilə üzləşəcək və terrorçular ilə mübarizə Yaxın Şərqin hər bir yerində tam qələbəyə kimi davam edəcək.

Hacı Həsən Məhəmməd əl-Hac Livanın İslam Müqavimətinin ən qədim komandanlarından biri idi. O, oktyabrın 11-də Suriyada xanım Zeynəbin(s.ə) pak məzarını müdafiə üzrə Ərəbistan və ABŞ muzdluları ilə gedən döyüşlərdə, şəhid olub.

Teqlər