Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198676-səudiyyə_rejiminin_yəmənə_qarşı_hava_hücumları_davam_edir
Yəmənli mənbələr səudiyyə rejiminin Yəmənin cənub-şərqindəki Əlbiyza vilayətinə qarşı hava hücumlarınn davam etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2015 14:14 Asia/Baku
  • Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumları davam edir
    Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumları davam edir

Yəmənli mənbələr səudiyyə rejiminin Yəmənin cənub-şərqindəki Əlbiyza vilayətinə qarşı hava hücumlarınn davam etməsindən xəbər veriblər.

Sputnik xəbər agentliyinin məlumatına görə, səudiyyə rejiminin qırıcıları bazar günü gecə və bazar ertəsi günü Əlsəvadiyyə şəhərində Yəmənin rabitə mərkəzlərini hədəfə alıblar ki, nəticədə bu məntəqənin rabitə şəbəkəsinə böyük xəsarətlər dəyibdir.
Bu məlumata görə, Sərə yüksəklikləri və Əlbiyza vilayətindəki Mikras məntəqəsinin müxtəlif hissələri də dəfələrlə Ərəbistan qırıcılarının hava hücumlarına məruz qalıblar.
Əlaləm telekanalı da yəmənli mənbələrə istinadla bildirib ki, səudiyyə rejiminin qırıcıları Səədə vilayətindəki Hidan məntəqəsini bir neçə dəfə kasset bombaları hədəfinə alıblar.
Digər tərəfdən, Yəməni mərkəzindəki Marəb şəhərinə tərəf irəliləməyə çalışan bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan qüvvələr və muzdurların bir hissəsi Yəmən ordusunun əməliyyatında öldürülüb.