Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Okt 21, 2015 17:47 Asia/Baku
-
Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Səudiyyə ordusunun qırıcıları Yəmənin bəzi vilayətlərini vəhşicəsinə hücumlara məruz qoyublar.
Əlməsirə telekanalının məlumatına görə, Ərəbistanın Yəmənə təcavüzündən 209 günün keçməsi ilə səudiyyə qırıcıları çərşənbə günü Səna, Səədə, Həccə və Marəb vilayətlərini hava hücumlarına məruz qoyublar.Məlumatlara əsasən, bir qrup Yəmən vətəndaşı da Təəz vilayətinin Cəhməliyyə məntəqəsinə qarşı hava hücumunda ölüb və bir qrup yəmənli də yaralanıbdır, amma səudiyyə qırıcılarının ardıcıl uçuşları üzündən, ölənlərin və yaralıların bu məntəqədən köçürülmələri mümkünsüzdür.
Dünən səudiyyə-amerikan təcavüzkar qırıcılarının Təəz vilayətindəki Əlmixa şəhərində yerləşən şose yoluna qarşı hava hücumlarında da iki yəmənli həlak olmuşdu.
Həmçinin səudiyyə-amerikan təcavüzkar qırıcıları üç növbədə Yəmənin Həccə vilayətindəki Əbəs məntəqəsini bombalayıblar.
Yəmənin Əlməsirə telekanalı da ərəbistanlı qırıcıların Yəmənin Marəb vilayətindəki Sərvah qəsəbəsinə qarşı geniş hava hücumlarından xəbər verib.
Ərəbistan və onun müttəfiqləri martın 26-dan bəri Yəmənin istefa vermiş və fərari dövlətini hakimiyyətə qaytarmaq bəhanəsi ilə və bu ölkəyə hökmranlıqlarının davam etməsi üçün Yəmənə hücuma başlayıblar ki, nəticədə Yəməndə mənzillər, məktəblər, xəstəxanalar və xidmət infrastrukturlarının dağılmasından əlavə, minlərlə nəfər də ölüb və yaralanıbdır.
Teqlər