Sədə vilayəti insan faciəsi ilə qarşı-qarşıyadır
Okt 22, 2015 07:10 Asia/Baku
-
Sədə vilayəti insan faciəsi ilə qarşı-qarşıyadır
Yəmənin Sədə vilayətinin valisi bildirib: Əgər Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qırıcı təyyarələrinin Sədə vilayətinə hücumları davam edərsə, bu vilayətdə insan faciəsi baş verəcək.
Səhər Beynəlxalq Televiziyasının Saba.net portalına istinadla verdiyi məlumata görə, Məhəmməd Cabir Əvəz əlavə edib: Ərəb koalisiyasının qırıcı təyyarələri bütün əsaslı infrastrukturları və vətəndaşların həyatını hədəfə alırlar. Bu isə beynəlxalq və insan qaydalarının hamısını pozmaq deməkdir.Sədə valisi bütün islam ölkələrindən istəyib ki, Yəmənin məzlum xalqının yanında dayansın və bu ölkəyə qarşı sanksiya və təcavüzün aradan qaldırılması istiqamətində addım atsınlar.
Məlumatlara görə, Ərəbistanın Yəmənə hücumları nəticəsində oktyabr ayının ilk yarısında yəmənli didərginlərin sayı 60% artıb və iyul ayında olan 1 milyon 400 min nəfərdən 2 milyon 300 min nəfərə çatıb.
Teqlər