İşğal olunmuş Qüdsdə daha iki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198780-İşğal_olunmuş_qüdsdə_daha_iki_fələstinli_şəhid_olub
Sionist hərbçilər işğal olunmuş Qüdsdə daha iki fələstinlini şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 10:16 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə daha iki fələstinli şəhid olub
    İşğal olunmuş Qüdsdə daha iki fələstinli şəhid olub

Sionist hərbçilər işğal olunmuş Qüdsdə daha iki fələstinlini şəhid ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sionist hərbçilər Fələstin xalqına qarşı cinayətlərin davamında cümə axşamı gecə işğal olunmuş Qüdsün Beyt Şəmiş məhəlləsində iki fələstinliyə doğru atəş açıb və onları şəhid ediblər.
Sionist hərbçilər iddia ediblər ki, bu iki fələstinli avtobusa minərək soyuq silahla akt törətmək istəyiblər və buna görə onlara doğru atəş açıblar.
Fələstinin Səhiyyə Nazirliyi də bildirib ki, oktyabr ayının əvvəllərindən sionist hərbçilərin İordan çayının qərb sahili, işğal olunmuş Qüds və Qəzzə zolağında hücumları nəticəsində 55 fələstinli şəhid olub və 2 mindən çox fələstinli yaralanıb.