Ərəbistan Yəmən barədə Cenevrə iclasının təxirə salınmasını istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198783-Ərəbistan_yəmən_barədə_cenevrə_iclasının_təxirə_salınmasını_istəyir
Səudiyyə Ərəbistanı Yəmən danışıqlarında əngəl yaratmaq çərçivəsində Cenevrədə Yəmən haqda müzakirələrin təxirə salınmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 10:24 Asia/Baku
  • Ərəbistan Yəmən barədə Cenevrə iclasının təxirə salınmasını istəyir
    Ərəbistan Yəmən barədə Cenevrə iclasının təxirə salınmasını istəyir

Səudiyyə Ərəbistanı Yəmən danışıqlarında əngəl yaratmaq çərçivəsində Cenevrədə Yəmən haqda müzakirələrin təxirə salınmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Yəməndə böhran yaratmaq üzrə səylərinin davamında, Ali-Səud BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əl-Şeyx Əhməddən istəyib ki, Cenevrə iclası iki həftə təxirlə keçirilsin.
Ərəbistan Cenevrədə Yəmən haqdakı iclasda Yəmən Ənsarullah Xalq Hərəkatının təslim olması və silahı təhvil verməsi kimi məsələlərin araşdırılmasını istəyib.
Bəzi diplomatik dairələr də bildiriblər ki, oktyabr ayının sonlarında keçirilməsi planlaşdırılan Yəmən haqda Cenevrə iclasının təxirə salınması qətiləşməyib.