Ərəbistanın Yəmənə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198787-Ərəbistanın_yəmənə_hava_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 12:11 Asia/Baku
  • Ərəbistanın Yəmənə hava hücumları davam edir
    Ərəbistanın Yəmənə hava hücumları davam edir

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir.

Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmən paytaxtı Səna vilayətinin Bilad əl-Rus bölgəsində əl-Ləhəf məntəqəsini 5 dəfə bombalayıblar. Nəticədə kənd təsərrüfatı ərazilərinə çoxlu ziyan dəyib.
Həmçinin Yəmən mənbələrinin bildirdiyinə görə, Ərəbistan qırıcı təyyarələri Səna vilayətinin Bəni Həşiş bölgəsinin müxtəlif məkanları və əl-Şərəfədə Həzran məntəqəsindəki bir məscid və bir mənzili bombalayıblar. Nəticədə ən azı iki Yəmən vətəndaşı həlak olub.
Yəmən ordusu və xalq qüvvələri də Səudiyyə Ərəbistanı ordusunun cinayətlərinə reaksiyada, Ərəbistanın cənubunda Əsirdə onların hərbi mövqelərini atəşə tutub və ən azı 5 səudiyyəli hərbçi, o cümlədən bir zabiti öldürüblər.