Qılıçdaroğlu: İŞİD terrorizmi Türkiyəni hədələyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198823-qılıçdaroğlu_İŞİd_terrorizmi_türkiyəni_hədələyir
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri deyib: İŞİD terror qruplaşması Türkiyəni hədələyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2015 15:09 Asia/Baku
  • Qılıçdaroğlu: İŞİD terrorizmi Türkiyəni hədələyir
    Qılıçdaroğlu: İŞİD terrorizmi Türkiyəni hədələyir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri deyib: İŞİD terror qruplaşması Türkiyəni hədələyir.

Səhər Beynəlxalq Televiziyasının Milliyyət qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Kamal Qılıçdaroğlu ötən gün Adıyaman şəhərində hakim Ədalət və İnkişaf partiyasının siyasətlərini tənqid edərək bu ölkə hökumətinin başçılarını Yaxın Şərqlə bağlı yanlış siyasətləri ilə İŞİD terrorizminin Türkiyədə genişlənməsinə səbəb olmaqda suçlayıb.
Qılıçdaroğlu deyib: 2012-ci ildən indiyə qədər bu barədə Türkiyə hökuməti başçılarına dəfələrlə xəbərdarlıq olunub.
Qılıçdaroğlu Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK-dan sonra hazırda da İŞİD terrorizminin Türkiyəni hədələdiyini bildirərək xəbərdarlıq edib ki, terrorizm təhlükəsi Adıyaman, Diyarbəkir, Ankara və Türkiyənin digər bölgələrini əhatəyə alıb.
CHP lideri xəbərdarlıq edib ki, bu məsələ Türkiyə vətəndaşlarını nigaran edib və onlar öz gələcəklərinə nikbin deyillər.