Ərəbistanın Yəmənə hücumu Ərəbistan və ABŞ-ın məkrli planıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198848-Ərəbistanın_yəmənə_hücumu_Ərəbistan_və_abŞ_ın_məkrli_planıdır
Yəmənin Ali İnqilab Şurası sədrinin müavini deyib: Əl-Qaidə və İŞİD terror qruplaşmaları Ərəbistanın yetirmələridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2015 06:39 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumu Ərəbistan və ABŞ-ın məkrli planıdır
    Ərəbistanın Yəmənə hücumu Ərəbistan və ABŞ-ın məkrli planıdır

Yəmənin Ali İnqilab Şurası sədrinin müavini deyib: Əl-Qaidə və İŞİD terror qruplaşmaları Ərəbistanın yetirmələridir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmənin Ali İnqilab Şurası sədrinin müavini Naif Əhməd Press TV-yə verdiyi müsahibədə Yəmən böhranı barədə deyib: Səudiyyə Ərəbistanının Yəmənə hücumu ABŞ və sionist rejimin dəstəyi ilə baş tutan məkrli plandır.
Naif Əhməd əlavə edib: Səudiyyə Ərəbistanının Yəməndəki məqsədi İsrailin rəsmən tanınması, İranla mübarizə və Yəmən və Şimali Afrikada neft quyularına nəzarət etməkdir.
Yəmənin Ali İnqilab Şurasının sədr müavini bildirib: Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadi barədə Ərəbistanın iddiasının qanuniliyi yalan və saxtadır. Ərəbistanın Yəmənə hücumlarının kökündə yəmənli qruplar arasında siyasi anlaşmanı məğlubiyyətə uğratmaq durur.
Yəmənin Ali İnqilab Şurasının rəsmisi bu ölkədə İŞİD və əl-Qaidə terror qruplaşmaları ilə mübarizə barədə də xatırladıb: Ötən ilin 21 sentyabr inqilabı ABŞ-ın terrorizmlə mübarizə iddiasının saxta olduğunu ifşa etdi. Çünki əl-Qaidə və İŞİD Səudiyyə Ərəbistanının vəhhabilik ideologiyasından yaranıb.
Naif Əhməd sonda deyib: Terrorizm Ali-Səud rejiminin kənara çəkilmədiyi və radikal vəhhabilik ideologiyası aradan qalxmayınca məhv olmayacaq.