Seyid Həsən Nəsrullah: ABŞ-ın məqsədi regiona hərtərəfli nəzarətdir
Okt 24, 2015 11:17 Asia/Baku
-
ABŞ-ın məqsədi regiona hərtərəfli nəzarətdir
Livan Hizbullahının baş katibi bildirib: ABŞ-ın məqsədi siyasi, iqtisadi, mədəni və təhlükəsizlik cəhətlərindən regiona tam nəzarət etməkdir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah Beyrutun Cənubi Zahiyə məntəqəsində Hüseyn (ə) Aşurası gecəsi ilə bağlı mərasimdə çıxış edərək bildirib: ABŞ sionist rejimə qarşı çıxan hər bir tərəfə düşmənçilik bəsləyir və ona qarşı bütün siyasi, media və iqtisadi müharibəyə başlayır.Livan Hizbullahının baş katibi əlavə edib: ABŞ regionda islam və ərəb ölkələrinin resursları və mənafeyini, o cümlədən neft və qazı ələ keçirmək istəyir. Ərəb və islam ölkələri də Amerikanın bu müstəmləkəçiliyi ilə mübarizə aparmaqda acizdirlər.
O xatırladıb: Amerika regiondakı dövlətlər və xalqlar, hətta siyasi qüvvələr və ziyalılar onun qarşısında diz çökmələrini və onun iradəsi və qərarlarına tabe olmalarını istəyir.
Seyid Həsən Nəsrullah demokratiya, seçkilər və insan haqları barədə Amerikanın iddialarını yalanlar adlandıraraq deyib: ABŞ ən korrupsioner və insan haqlarına ən pis şəkildə təcavüz edən diktator hakimlər və konstitusiyalarına əsasən seçkilərin keçirilmədiyi ölkələri dəstəkləyir.
Livan Hizbullahının baş katibi "Amerikalıların fikrincə, dinlər arasında fərq yoxdur, güclənmək istəyən hər bir ölkə hücuma məruz qamalıdır" deyərək əlavə edib: Amerikanın təsdiqləmədiyi hər bir siyasi hərəkat terrorçu siyahısına salınır və əmlakı müsadirə olunur.
İranın nüvə proqramına qarşı Amerikanın böyük yalanına toxunan Seyid Həsən Nəsrullah bildirib: Təəssüflər olsun ki, bəzi ərəb ölkələri, hətta Amerikanın özündən çox İrana qarşı addım atdılar. Lakin İran heç vaxt təslim olmadı və öz nüvə proqramını davam etdirdi. Sonda Amerika onuna anlaşma əldə etməyə məcbur oldu.
Livan Hizbullahının baş katibi Suriyaya qarşı müharibəni Suriyanın Amerika qarşısında təslim olması üçün müharibə olduğunu bəyan edərək söyləyib: Amerika və onunla əlbir olan ölkələr və orduların məqsədi Amerika qarşısında təslim olmamaq və diz çökməmək istəyən ölkələr və tərəfləri təslim olmağa məcbur etməkdir.
Seyid Həsən Nəsrullah sonda deyib: Amerikanın Suriya və Yəmənə qarşı müharibələri bu iki ölkəni təslim etmək üçündür. Bu müharibənin komandanları İymən əl-Zəvahiri, Əbubəkr əl-Bağdadi, hətta səudiyyəli kral Salman Bin Əbdüləziz deyil, əslində bu müharibələrə başçılıq və onu idarə edən Amerikadır.