Okt 24, 2015 11:25 Asia/Baku
  • Yəmən xalqının şəraiti faciəvidir
    Yəmən xalqının şəraiti faciəvidir

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Yəmən xalqının həyat şəraitini faciəvi və müharibə qanunlarının açıq-aşkar pozulması kimi qiymətləndirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İsmayıl Şeyx Əhməd cmüə günü BMT Təhlükəsizlik Şurasının iclasında Yəməndə qarşıdurma tərəflərinin nümayəndələrinin üzbəüz müzakirələrinə hazırlığın görüldüyünü bildirərək limanlar və aeroportların Ərəbistan tərəfindən bağlı qaldığına görə, Yəməndə vəziyyətin faciəvi olduğunu deyib və müharibə qanunlarının açıq-aşkar şəkildə pozulduğunu söyləyib.
Onun sözlərinə görə, indiyə qədər 5400 Yəmən vətəndaşı qarşıdurmalar, xüsusilə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bombardmanları nəticəsində həlak olub.
BMT rəsmisi əlavə edib: Bu hücumların yaratdığı faciələrdən əlavə, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin liman və aeroportlarının bağlı qalması öz gündəlik ehtiyacının 95%-ni bu yolla təmin etməyə ehtiyaclı olan Yəmən vətəndaşlarının vəziyyəti dözülməzdir.
İsmayıl Şeyx Əhməd həmçinin Yəmən böhranı barədə yəmənli tərəflərin fərqli mövqelərinin olduğunu bildirib və deyib: Yəmən qrupları hazırda bu ölkə böhranı üçün hərbi həll yolunun olmadığını və sülh müzakirələrinin onlar üçün yaxşı gələcəyi vəd etdiyini anlayıblar.

Teqlər