Okt 27, 2015 14:00 Asia/Baku
  • Qərb sahilində üç fələstinli gənc şəhid olub
    Qərb sahilində üç fələstinli gənc şəhid olub

Daha üç fələstinli gənc İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə döyüşdə şəhid olub.

Əlaləm telekanalının informasiya portalının məlumatına görə, on yeddi yaşlı bir fələstinli gənc İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərinin Beyt Əynun məntəqəsində işğalçıların atəşləri nəticəsində şəhid olub və iki digər fələstinli gənc də Əl-Xəlil şəhərində sionist hərbçilərə qarşı əməliyyatda sionistlər tərəfindən şəhid edilib.
Belə bir halda, bir sionist rejim hərbçisi də Qüdsün şimalındakı Ələysəviyyə qəsəbəsinə basqın zamanı baş vermiş bomba partlayışında yaralanıb.
Fələstin İslami Cihad Təşkilatı da bu üç fələstinli gəncin şəhadətinə reaksiyada bildiribdir ki, Qüds fələstinli mübarizlərin qibləgahı olaraq qalacaq və fitnələr Qüds intifazəsini söndürə bilməz.
İşğal olunmuş Qüdsün və İordan çayının qərb sahilinin müxtəlif məntəqələri oktyabr ayının ilk günündən sionist hərbçilərin fələstinli gənclərlə döyüş səhnələridir.
İsrail rejiminin hərəkətlərinin şiddətlənməsi Qüds intifazəsi ilə nəticələnib və Benyamin Netanyahu bu intifazəni yatırmaq üçün tənbehedici siyasətləri gündəmə gətirib.
Oktyabrın əvvəlindən bəri sionistlər tərəfindən 63 fələstinli şəhid edilib və Fələstinin müxtəlif məntəqələrində 2120 nəfər yaralanıbdır.

Teqlər