Bəhreynli inqilabçılar Şeyx Nimrin edam hökmünün nəticələri haqda xəbərdarlıq ediblər
Okt 27, 2015 14:20 Asia/Baku
Bəhreynli inqilabçılar tanınmış ərəbistanlı şiə ruhani Şeyx Nimrin edam hökmünün nəticələri haqda xəbərdarlıq ediblər.
İraqın Əlməsələ xəbər portalının məlumatına görə, Bəhreyndə 14 fevral İnqilabı Gəncləri Koalisiyası bir bəyanatda tanınmış ərəbistanlı şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimrin edam hökmünün nəticələri haqda xəbərdarlıq edərək, bu ruhani ilə həmrəylikdə "hiddət cüməsi aksiyası"nın keçirilməsini istəyib.Bəhreyndə 14 fevral İnqilabı Gəncləri Koalisiyasının bəyanatlnda sonra deyilir: Şeyx Nimrin edam hökmünün təsdiqlənməsi Ərəbistan rejiminin daxili və region səviyyələrindəki siyasi və təhlükəsizlik çaşqınlığı və qarışıqlığından xəbər verir.
Bununla bağlı, Bəhreyn İslami Bilrik cərəyanı da bir bəyanatda Şeyx Nimrin edam hökmünün təsdiqlənməsini pisləyərək, bildirib ki, Ali-Səudun əlləri İraq, Suriya, Livan, Bəhreyn və Yəmən xalqlarının qanlarına boyanıb və Şeyx Nimrin edamı bu rejimin cinayətlər dəftərinin digər bir səhifəsidir.
Şeyx Nimr Baqir Əl-Nimr 2011-ci ildə Ərəbistanın şərqindəki şiə sakinli Qətif məntəqəsində baş vermiş geniş etirazların ardınca 2012-ci ilin iyulunda həbs olundu.
Ərəbistanın ali və apellyasiya məhkəməsi bazar günü Şeyx Nimrin edam hökmünü təsdiqlədi və bu hökmü icra olunmaq üçün kralın ofisinə göndərdi.