Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumlar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199001-yəmənin_müxtəlif_vilayətlərinə_qarşı_hücumlar_davam_edir
Ərəbistan qırıcıları bu gün Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumlar həyata keçirərək, sivil infrastrukturlara xeyli ziyan vurub, günahsız insanların ölümünə yol açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2015 11:10 Asia/Baku
  • Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumlar davam edir
    Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumlar davam edir

Ərəbistan qırıcıları bu gün Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumlar həyata keçirərək, sivil infrastrukturlara xeyli ziyan vurub, günahsız insanların ölümünə yol açıblar.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmənin paytaxtı Sənanın Nəqəm və Nəhdin məntəqələri bu gün 3 dəfə hava hücumuna məruz qalıb. Bu hücumlar bir neçə yaşayış binasının dağılmasına, insanlar arasında qorxu və dəhşət hissinin artmasına səbəb olub.
Təcavüzkar qırıcılar həmçinin dünən gecə Sənanın Cəraf məntəqəsini bombalayıblar. Bu hücumlar zamanı bir qrup şəhər sakini yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar var.
Yəmənin Sədə vilayəti də Ərəbistan qırıcılarının bir neçə hücumunun şahidi olub. Bu hücumlar dağıntılarla yanaşı, insan tələfatına da yol açıb.
Bu arada Yəmən ordusu və xalq qüvvələrinin artilleriya və raket h ücumları zamanı bir qrup təcavüzkar Ərəbistan qüvvəsi ölüb və yaralanıb. Həmçinin, bu qüvvələr geri çəkilməyə məcbur olublar.
Bir qrup səudiyyəli hərbçi də Yəmən ordusunun Əsir məntəqəsinə olan artilleriya hücumları zamanı ölüb və yaralanıb.