Okt 29, 2015 09:13 Asia/Baku
  • YUNİSEF: Həlak olan yəmənli uşaqların sayı tükürpədicidir
    YUNİSEF: Həlak olan yəmənli uşaqların sayı tükürpədicidir

BMT-nin Uşaq Fondu YUNİSEF bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə hücumları başlandıqdan sonra 1124 uşaq həlak olub və yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Mötəmər.net xəbər portalına istinadla verdiyi məlumata görə, YUNİSEF-in Yəmən üzrə nümayəndəsinin müavini Ceremi Hopkins çərşənbə günü bu məsələni bildirərək əlavə edib: Səudiyyə Ərəbistanının Yəmənə mart ayında hücumlara başladığı zamandan indiyə qədər ən azı 466 uşaq həlak olub, 658 uşaq da yaralanıb.
Su mədənləri, infrastrukturların bombalanması, sivillər, xüsusilə də uşaqlara hücumu əsaslandırılmaz adlandıran Hopkins belə hücumlara son qoyulmasını tələb edib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya bu müddət ərzində davamlı şəkildə sivilləri hədəfə alıblar. Belə hallardan təkcə birində toy məclisinə hücumda 131 sivil qətlə yetirilib.

Teqlər