Səudiyyəli şahzadə Yəmənin tarixi əşyalarını qarət edir
Okt 29, 2015 06:15 Asia/Baku
-
Səudiyyəli şahzadə Yəmənin tarixi əşyalarını qarət edir
Bir səudiyyəli şahzadə Yəmənin onlarla tarixi antik əşyasını oğurlayıb.
Səhər Beynəlxalq Televiziyasının ərəb mənbələrinə istinadla verdiyi məlumata görə, səudiyyəli şahzadə Əbdüləziz Bin Fəhd Ali-Səud Yəmənin təxminən 63 tarixi antik əşyasını oğurlayıb, Londona aparıb və bu tarixi və antik əşyaları yüz milyonlarla dollara satmağa çalışır.Yəmən mənbələri də bildiriblər ki, səudiyyəli şahzadə Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadi ilə əlbir olaraq antik əşyaları Yəməndən çıxarır.
Yəməndə Xalq Konqresi Partiyasının rəsmisi Ərəbistanın Yəmənə hücumları və bu ölkənin tarixi əşyalarının qaçaqçılığının qarşısını alınması üçün beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib ki, bu tarixi əşyalar Yəmənin mərkəzində Marib vilayətinə aiddir və milyonlarla dollar dəyəri vardır.
Teqlər