Səudiyyə qırıcılarının hücumlarında 20 yəmənli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199046-səudiyyə_qırıcılarının_hücumlarında_20_yəmənli_şəhid_olub
Səudiyyə qırıcılarının Yəmənin şimalına qarşı hücumlarında iyirmi mülki şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2015 14:50 Asia/Baku
  • Səudiyyə qırıcılarının hücumlarında 20 yəmənli şəhid olub
    Səudiyyə qırıcılarının hücumlarında 20 yəmənli şəhid olub

Səudiyyə qırıcılarının Yəmənin şimalına qarşı hücumlarında iyirmi mülki şəhid olub.

Əlminar telekanalının məlumatına görə, səudiyyə qırıcıları Yəmənin şimalındakı Səədə vilayətində yəmənli mülkilərə qarşı iki dəhşətli cinayət törədiblər.
Səudiyyə qırıcılarının Səədə vilayətindəki Məcəz və Razəh şəhərlərinə qarşı hücumlarında iyirmi nəfər şəhid olub, yeddi nəfər də yaralanıbdır.
Səudiyyə ordusunun qüvvələri Nəcranda Yəmənin ordusu və xalq komitələrinin xüsusi əməliyyatında ağır tələfata düçar olublar və bu əməliyyatda səudiyyə hərbçilərindən bir qrupu öldürülübdür.
Yəmənin ordusu və xalq komitələrinin qüvvələri Ərəbistanın Nəcran şəhərinə yaxınlaşıblar və bu şəhər yəmənli qüvvələrin atəşləri hədəfindədir.
Yəmənin ordusu və xalq komitələrinin qüvvələri Təəz vilayətində səudiyyəlilərin və onların müttəfiqlərinin öz muzdurları üçün silah daşıyan bir ədəd təyyarəsini Cəbəl Səbr məntəqəsində vurub, yerə salıblar.