Okt 29, 2015 21:02 Asia/Baku
  • Demirtaş: Hədəfimiz, Tükriyə parlamentində 100 yer əldə etməkdir
    Demirtaş: Hədəfimiz, Tükriyə parlamentində 100 yer əldə etməkdir

Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədri bu partiyanın reytinqinin artmasına toxunaraq, deyib ki, partiyanın bazargünkü seçkilərdə məqsədi, yüz parlament yeri qazanmaqdır.

Səlahəddin Demirtaş Türkiyədə çıxan Zaman qəzeti ilə eksklüziv müsahibədə Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK-nın tərkisilah edilməsini vurğulayaraq, deyib: Türkiyə küdrlərinin emosiyaları, intizarları və tələblərindən tam agah olaraq, bildirirəm ki, kürdlər silahdan istifadə etmədən də öz hüquqlarının reallaşmasında müvəffəq olacaqlar.
O, əlavə edib: Türkiyə kürdləri və Xalqların Demokratik Partiyasına səs vermiş və ya verməmiş, lakin bu partiyanı dəstəkləyən bütün kəslər Türkiyədə istinad ediləsi bir özünəinam əldə ediblər. Dünya ictimaiyyəti də Xalqların Demokratik Partiyasını Türkiyənin siyasi meydanında mühüm bir amil bilir. Bütün bu hallara söykənərək, bildiririk ki, Türkiyə kürdlərinin azadlıqsevər hərəkətlərinin silahdan istifadəyə ehtiyacı yoxdur. Bu, mənim şəxsi nəzərim deyil; məsələnin reallığı, budur. Biz kürdlər məsələsi üstündə müzakirə ilə Türkiyədə demokratiya məsələsini yekun çözümə çatdıracağıq.
Partiyası 7 iyun seçkilərində səslərin on üç faizini qazanmış Demirtaş deyib: Qarşıdakı seçkilərdə on üç faizi də ötüb, keçəcəyik. Partiyamız üçün hədəf, iyirmi faizdir. Lakin vaxtından qabaq seçkilərdə bu rəqəmə nail olmayacağıq. Amma əminik ki, on üç faizdən çox səs qazanacağıq. Hədəfimiz, Türkiyə parlamentində yüz yerdir. Ədalət və İnkişaf Partiyası bu dəfə koalisiyaya məcburdur.
Seçkilərin yaxınlaşması ilə Türkiyənin şərq məntəqələrinin durumu da fərqli sima alır. Məhz son günlər Türkiyə Daxili İşlər Nazirliyi bu ölkənin şərqindəki Van vilayətinin merlərindən birini kənarlaşdırdı.
Anadolu xəbər agentliyinin məlumatına görə, Van vilayətində Türkiyə kürdlərinin tabeliyində olan Sülh və Demokratiya Partiyasının üzvü, Erçiş şəhərinin meri- Diba Keskin oktyabrın on dördündə bir bəyanat yayaraq, idarə etdiyi məntəqənin muxtariyyətni elan edəndən sonra kənarlaşdırılaraq, həbs olundu.
Türkiyənin kürd sakinli məntəqələrindəki son çəkişmələr zamanı Van şəhərinin meri daxil olmaqla bu məntəqələrin bəzi digər merləri oxşar ittihamlarla həbs olundular.
İyul ayında Türkiyə ordusu ilə PKK arasındakı qarşıdurmanın bərpasından sonra çaxnaşma və çəkişmə bir daha bu ölkənin kürd sakinli məntəqələrinə qayıtdı.

Teqlər