Ərəbistan vətəndaşları Şeyx Nimrə dəstək aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199065-Ərəbistan_vətəndaşları_Şeyx_nimrə_dəstək_aksiyası_keçiriblər
Səudiyyə Ərəbistanının şərq əhalisi bu ölkənin tanınmış ruhanisinə qarşı edam qərarına etiraz üzrə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2015 06:47 Asia/Baku
  • Ərəbistan vətəndaşları Şeyx Nimrə dəstək aksiyası keçiriblər
    Ərəbistan vətəndaşları Şeyx Nimrə dəstək aksiyası keçiriblər

Səudiyyə Ərəbistanının şərq əhalisi bu ölkənin tanınmış ruhanisinə qarşı edam qərarına etiraz üzrə aksiya keçirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Loulou telekanalına istinadla verdiyi məlumata görə, Ərəbistanın şərqində əl-Əvamiyyə məntəqəsi sakinləri aksiya keçirərək bu ölkənin tanınmış ruhanisi Şeyx Nimr Baqir əl-Nimrə qarşı çıxarılan edam qərarına etiraz ediblər.
Ərəbistanlı etirazçılar şüarlar səsləndirərək Şeyx Nimr Baqir əl-Nimrə çıxarılan edam qərarının ləğv edilməsi və siyasi məhbusların dərhal azad edilməsini istəyiblər.
Etirazçılar əllərində plakatlar daşıyıblar. Plakatların üzrəində Ərəbistanın ədliyyə strukturunun siyasi məhbuslar, xüsusilə də Şeyx Nimr Baqir əl-Nimrə qarşı qərarlarının ədalətsiz və zalımcasına olması kimi şüarlar yazılıb.
Səudiyyə Ərəbistanının Ali və Apelyasiya məhkəmələri bir neçə gün öncə Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrə çıxarılan edam qərarını təsdiqləyiblər.
Şeyx Nimr Baqir əl-Nimr 2011-ci ilin fevral ayında şiə sakinli Qətif məntəqəsində irimiqyaslı etirazlar ardınca, 2012-ci ilin iyul ayında həbs olunub.