Okt 31, 2015 11:12 Asia/Baku
  • 
Bəşşar Əsəd: Terrorizmin tam məhvinədək hakimiyyətdə qalacağam
    Bəşşar Əsəd: Terrorizmin tam məhvinədək hakimiyyətdə qalacağam

Suriya prezidenti Bəşşar Əsəd deyib ki, terrorizmin tam məhvinədək hakimiyyətdə qalacaq.

Livanın Əldiyar internet portalının məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd hakiməyyətdən kənarlaşması barədə deyib: Hakimiyyətdən kənara çəkilməyəcəyəm, hətta əgər tək qalaraq, təklikdə döyüşməyə məcbur olsam, belə.
Bəşşar Əsəd əlavə edib: Tüfəngimi götürüb, son anadək ölkəmi və Suriya hökumətini müdafiə edəcəyəm, zira mən terrorçular və təkfirçilərə görə, hakimiyyətdən kənara çəkilməyəcək və onların Suriyaya hökmranlıq etmələrinə yol verməyəcəyəm.
Bəşşar Əsəd söyləyib: Terrorizmin məhvindən sonra parlament seçkiləri keçirəcək və prezident seçkiləri barədə xalqın fikrini öyrənəcəyik.
Bəşşar Əsəd həmçinin başda Rusiya və İran olmaqla Suriyanı dəstəkləyən ölkələrə, eləcə də Livan Hizbullahına təşəkkür edib.

Teqlər