Biyzada 20 səudiyyəli muzdur öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199097-biyzada_20_səudiyyəli_muzdur_öldürülüb
20 səudiyyəli muzdur Yəmənin Əlbiyza vilayətinin Zahər məntəqəsində öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2015 08:26 Asia/Baku
  • Biyzada 20 səudiyyəli muzdur öldürülüb
    Biyzada 20 səudiyyəli muzdur öldürülüb

20 səudiyyəli muzdur Yəmənin Əlbiyza vilayətinin Zahər məntəqəsində öldürülüb.

Əlməsirə telekanalının məlumatına görə, bir hərbi mənbə bildirib ki, Yəmənin ordu və xalq komitələri qüvvələri özünəməxsus və taktiki bir əməliyyatda Yəmənin Əlbiyza vilayətinin Zahər məntəqəsində azı otuz səudiyyəli muzduru və Əlqaidə ünsürünü öldürə biliblər.
Bu əməliyyatda təkfirçi terrorçuların və səudiyyə muzdurlarının mövqeləri və hərbi istehkamlarından bir qrupu hədəfə alınıb. Həmin əməliyyat dağlıq məntəqələrdə keçirilib. Bu məntəqələr yəmənli mübarizlərin əməliyyatlarında təkfirçi terrorçulardan təmizlənərək, yəmənli mübarizlərin əlinə keçib. Həmin məntəqələrdə əməliyyat cümə günü səhər başlanıb.
Terrorçular və səudiyyə muzdurları bu məntəqələrdən çıxarılıblar.
Bir hərbi mənbə Əlməsirə ilə müsahibədə təsdiq edib ki, həmin əməliyyat zamanı azı otuz terrorçu muzdur öldürülüb. Səudiyyə qırıcıları Yəmənin ordu və xalq komitələri qüvvələrinin irəliləmələrini əngəlləmək üçün böyük cəhdlər göstərdilər, lakin uğursuz qaldılar.
Terrorçuların müxtəlif məntəqələrə qaçmalarına rəğmən, onların təqibi üzrə əməliyyat davam etməkdədir. Bu dağlıq məntəqələrdə yəmənli mübarizlər səudiyyə muzdurları ilə mübarizənin davam etdirilməsini vurğulayıblar.