Ərəbistan ABŞ-ın dəstəklərinin artdığını etiraf edib
Okt 31, 2015 14:45 Asia/Baku
-
Ərəbistan ABŞ-ın dəstəklərinin artdığını etiraf edib
Səudiyyə Ərəbistanı xarici işlər naziri etiraf edib ki, ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəkləri analoqu olmayan şəkildə artıb.
Səhər Beynəlxalq Televiziyasının Sky Nyuza istinadla verdiyi məlumata görə, Adil əl-Cübeyr bildirib: ABŞ Ərəbistana Yəmənə hücumda lojistik, informasiya və hərbi sahələrdə kömək edib və son aylarda bu dəstəklər analoqu olmayan şəkildə artıb.Adil əl-Cübeyr Səudiyyə Ərəbistanı rəsmilərinin ABŞ rəsmiləri ilə həmişə məsləhətləşmələr apardığını bildirərək əlavə edib: ABŞ-ın regiondakı hərbi qüvvələrinin sayı hər zamankından daha çoxdur və Vaşinqton Fars körfəzi ölkələrinin təhlükəsizliyinin təmin olunmasına daha artıq sadiqdir.
Ərəbistan xarici işlər naziri həmçinin Suriya barədə müdaxilə xarakterli açıqlama verərək deyib: Suriya prezidenti Bəşşar Əsəd ya bu ölkə böhranına son qoymaq üçün siyasi proses vasitəsi ilə kənara çəkilməli, yaxud da müharibə meydanlarında məğlub olmalıdır.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyrin Suriya böhranında verdiyi açıqlaması ilə yanaşı qeyd edək ki, terror qruplaşmaları ABŞ, regionun bəzi ölkələri, o cümlədən Ərəbistanın dəstəyi ilə 2011-ci ildən indiyə qədər Suriya hökumətini devirmək məqsədilə bu ölkədə dəhşətli cinayətlər törətmişlər.
Teqlər