Türkiyədə vaxtından əvvəl parlament seçkiləri başlandı
Noy 01, 2015 12:49 Asia/Baku
Türkiyənin şərqi və cənub şərqində vaxtından əvvəl parlament seçkilərinə start verilib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin şərqi və cənub şərqində yerləşən 32 vilayətdə seçkilərin keçirilməsinə başlanıb.54 milyon 49 min 940 nəfərin səsvermə haqqına malik olduğu bildirilir.
Səslərin toplanması üçün 175 min seçki məntəqəsinin təşkil edildiyi bildirilir.
16 partiyanın namizədləri habelə, 21 müstəqil namizəd Parlamentin 550 yeri uğrunda rəqabət aparır.
Mərkəzi və qərb vilayətlərində seçkilərə yerli vaxtla saat 8-də start veriləcək.