Terrorçular Yəməndə radio və televiziya binasına hücum etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199183-terrorçular_yəməndə_radio_və_televiziya_binasına_hücum_etdilər
Yəmənin cənubunda, Ədən şəhərinin radio və televiziya binası terrorçular tərəfindən hücuma məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2015 06:49 Asia/Baku
  • Terrorçular Yəməndə radio və televiziya binasına hücum etdilər
    Terrorçular Yəməndə radio və televiziya binasına hücum etdilər

Yəmənin cənubunda, Ədən şəhərinin radio və televiziya binası terrorçular tərəfindən hücuma məruz qalıb.

Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, silahlı ünsürlər bazar günü axşam Ədənin radio və televiziya binasına hücum edərək, binada olan təchizatları yağmalayıb, çoxlu zərər və ziyanlar yetiriblər.
Terrorçular Ədən radio və televiziya binasını yağmaladıqdan sonra, şəhərin bir sıra tarixi məkanlarını da dağıdıblar.
Bazar günü də Yəmənin İb vilayətində törədilən partlayışda 2 mülki həlak olmuş, 5 nəfər isə yaralanmışdı.
Ərəbistanın başçılıq etdiyi ərəb ölkələri koalisiyasının Yəmən xalqını qırğın etmək və bu ölkənin infrastrukturlarını dağıtmaq üzrə planının bir parçası olaraq, əl-Qaidə və İŞİD terrorçuları Yəməndə sivil vətəndaşlara qarşı terror aktları törədir, ictimai və dövlət binalarını dağıdırlar.
İndiyə kimi bu hücumlar nəticəsində minlərlə yəmənli o cümlədən qadın və uşaq ölüb və yaralanıb, on minlərlə insan isə yaşadığı yerdən didərgini düşüb.