Türkiyədə partlayış: Ölən və yaralananlar var
Noy 02, 2015 13:04 Asia/Baku
-
Türkiyədə partlayış: Ölən və yaralananlar var
Türkiyənin Mardin əyalətində Suriya ilə sərhəddə yerləşən Nusaybin şəhərində ərzaq dükanında partlayış baş verib.
Partlayış zamanı zərər çəkən 20 nəfər yerli xəstəxanalara çatdırılıb. Yaralılar yaxınlıqdakı binanın sakinləri olub. Onların əksəriyyəti nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.
Bundan əlavə polis yaxınlıqda bir nəfərin cəsədinin aşkarlayıb.
Qeyd edək ki, partlayış seçkilərin ilkin nəticələri açıqlanandan dərhal sonra baş verib. Xatırladaq ki, seçkilər nəticəsində Türkiyənin hakim AKP partiyası parlamentdə itirdiyi çoxluğu qazana bilib.