İraq müharibəsi ilə bağlı sənədlər yandırılıb
Noy 02, 2015 13:32 Asia/Baku
-
İraq müharibəsi ilə bağlı sənədlər yandırılıb
İngiltərə mənbələri bu ölkənin baş nazirlik ofisinin sabiq rəsmilərindən birinə istinadla bildirirlər ki, İngiltərənin İraq əleyhinə müharibəyə başlamasından 3 həftə öncə, bu müharibənin qeyri-qanuni olduğuna dəlalət edən sənədlər Toni Bleyer hökumət tərəfindən məhv edilib.
Bülleten Nyus-un verdiyi məlumata görə, Sandey Mil qəzeti baş nazirlik ofisinin sabiq rəsmilərindən birinə istinadla yazır: O zaman vəziyyət qarışıq idi. Müharibənin başlanacağı gün aydın oldu ki, Toni Bleyerin məhkəmə məsələləri üzrə müşaviri Qoldasmit bu müharibənin beynəlxalq qanunlar üzrə əsaslandırılası olmadığını deirmiş. Amma onlar(Toni Bleyerin nazirləri) bu barədə olan hesabatların yandırılmasını, məhv edilməsini istəyirdilər.Sandeyr Mil-in yazdığına görə, Piter Qoldasmit 2002-ci ilin iyulunda Toni Bleyerə təqdim etdiyi hesabatda bildirmişdi ki, BMT özünü müdafiə üçün hərbi hücumdan istifadəyə icazə versə də, İraq hazırkı durumda İngiltərə üçün heç bir təhdid sayılmır. Buna görə də özünü müdafiə bəhanəsi ilə İraqa hücum etmək müharibə üçün münasb bəhanə sayılmır.
İngiltərədə nəşr olunan bu qəzet həmçinin yazır: Amma, Bler bu hesabata reaksiya olaraq Qoldasmiti Nazirlər Kabinetinin iclaslarında iştirakdan məhrum etdi. Bununla da Toni Bleyer Qoldasmitin ağzını yummaq və onun hesabatının ictimailəşməsinin qarşısını almaq istədi.
Sandey Mil əlavə edir: Piter Qoldasmit bir daha 7 mart 2003-cü il tarixli hesabatında İraq müharibəsinin qeyri-qanuni olduğu barədə xəbərdarlıq etdi. O. öz hesabatında ölkələrin özbaşına qaydada İraqın BMT TŞ-nin qətnaməsini pozduğu barədə qərar qəbul etmək səlahiyyətinə malik olmadıqlarını deyərək, Bleyerdən BMT TŞ-də İraqa qarşı savaşa icazənin verilməsi üçün yeni bir qətnamənin çıxarılmasını istədi.
İngiltərənin baş naziri Toni Bleyer 2003-cü ildə heç bir qanuni səbəb və BMT TŞ-nin icazəsi olmadan ABŞ ilə birlikdə İraqa hücum etməkdə ittiham edilir.