Dünya ictimaiyyəti Yəmənə qarşı hücumların dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199232-dünya_ictimaiyyəti_yəmənə_qarşı_hücumların_dayandırılmasını_istəyib
Yəmən İnsan Haqları Mərkəzi dünya ictimaiyyətini Ərəbistanın Yəmənə qarşı hava hücumları qarşısında məsuliyyət qəbul etməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 10:49 Asia/Baku
  • Dünya ictimaiyyəti Yəmənə qarşı hücumların dayandırılmasını istəyib
    Dünya ictimaiyyəti Yəmənə qarşı hücumların dayandırılmasını istəyib

Yəmən İnsan Haqları Mərkəzi dünya ictimaiyyətini Ərəbistanın Yəmənə qarşı hava hücumları qarşısında məsuliyyət qəbul etməyə çağırıb.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Yəmən İnsan Haqları Mərkəzi bir bəyanatda səudiyyə təyyarələrinin Əlhədidə vilayətinin Əqəban adasında yəmənli balıqçılara hücum etmələrini pisləyərək, Ali-Səudun yəmənlilərə qarşı cinayətlərinin araşdırılması üçün təhqiqat komitəsinin yaradılmasını istəyib.
Bu bəyanat Yəmən İnsan Haqları Mərkəzinin dünya ictimaiyyətindən Ərəbistanın Yəmənə qarşı hücumlarının dayandırılması üçün öz əxlaqi məsuliyyətlərinə sadiq qalması barədəki istəyinə toxunaraq, bildirir ki, Ali-Səud və onun müttəfiqləri yəmənlilərə qarşı planlaşdırılmış hücumlarla kütləvi qırğın törədiblər.
Bu bəyanata görə, dünya xalqlarının Yəməndəki cinayətlər qarşısında susmaları ilə, Ərəbistan və Yəmənə qarşı hava hücumlarında iştirak edən ölkələr beynəlxalq və bəşəriyyət qanunlarını pozurlar.