Noy 04, 2015 14:34 Asia/Baku
  • Bəhreyndə müxaliflərin geniş həbsi
    Bəhreyndə müxaliflərin geniş həbsi

Ali-Xəlifə rejiminin polisi bu rejimlə müxalif olan onlarla nəfəri həbs edib.

Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, daxili işlər nazirliyinin tabeliyində olan bir qrup maskalı qüvvə təhlükəsizlik orqanlarının məmurları ilə yanaşı çərşənbə axşamı günündən 45 bəhreynlini, o sıradan üç uşağı bu ölkənin müxtəlif məntəqələrində həbs edib.
Bəhreynin daxili işlər nazirliyinin qüvvələri həmçinin 22-dən çox məntəqədə onlarla evi təftiş ediblər.
14 Fevral Koalisiyası bəhreynli müxaliflərin həbs olunmalarının davam etməsinə reaksiyada məsul mərkəzlərin bu haqda izahat vermələrini istəyib.
Ali-Xəlifə rejimi digər ərəb ölkələrinin hərbçiləri ilə yanaşı "ada sipəri qüvvələri" formasında Bəhreyndə yerləşmş səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin köməyi ilə Bəhreyn xalqının etirazlarına divan tutur və 2011-ci ildə Bəhreyn xalqının qiyamının başlanmasından bəri çoxlu sayda müxalifi həbs və işgəndə edərək, məhbəsə atıbdır.

Teqlər