Noy 05, 2015 09:19 Asia/Baku
  • Liviyada 12 tunisli oğurlanıb
    Liviyada 12 tunisli oğurlanıb

Liviyada silahlı qruplaşma ötən iki gündə 12 Tunis vətəndaşını oğurlayıb.

Səhər Beynəlxalq Televiziyasının Liviya əl-Müstəqbəl xəbər portalına istinadla verdiyi məlumata görə, Tunisdə liviyalı batalyonun rəisi Xalid əl-Həmalinin həbs olunması ardınca, ötən iki gün ərzində Liviyada bir silahlı qruplaşmanın ünsürləri tərəfindən 12 Tunis vətəndaşı oğurlanıb.
Bu Tunis vətəndaşları əl-Həşan məntəqəsi və əl-Zaviyə şəhərində oğurlanıblar.
Bəzi mənbələrin bildirdiyinə görə, Liviyada oğurlanan tunislilərin sayının artması istisna olunmur.
Liviyada Müəmmər Qəzzafinin diktatura rejiminin devrilməsindən sonra bu ölkədə insan oğurluğu və girovların götürülməsi de-stabilliyin amillərindən birinə çevrilib.
Cümə axşamı günü də Çin İnformasiya Agentliyinin jurnalistlərindən Məhəmməd Naili də naməlum şəraitdə Tripolidə oğurlanıb və hələlik onun taleyi bəlli deyil.

Teqlər