Yəmən partiyaları təcavüzkarların hücumları ilə mübarizə üçün birləşir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199275-yəmən_partiyaları_təcavüzkarların_hücumları_ilə_mübarizə_üçün_birləşir
Yəmən partiyaları təcavüzkarların hücumları ilə mübarizə üçün müştərək sənəd imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 06:35 Asia/Baku
  • Yəmən partiyaları təcavüzkarların hücumları ilə mübarizə üçün birləşir
    Yəmən partiyaları təcavüzkarların hücumları ilə mübarizə üçün birləşir

Yəmən partiyaları təcavüzkarların hücumları ilə mübarizə üçün müştərək sənəd imzalayıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Yəməndə 22 siyasi partiya bu ölkə Prezident Sarayında bir araya gələrək səudiyyəli təcavüzkarlar və daxili muzdluların hücumları ilə mübarizə üçün sənəd imzalayıblar.
6 maddədə tənzimlənən bu sənəddə Yəməndə bütün qrupların təcavüzkarlıqlara son qoyulması üçün müxtəlif media və siyasi cəbhələrdə birliyin zəruriliyi vurğulanıb.
Yəmənin Ali İnqilab Komitəsi də bu sənəd imzalandıqdan sonra bildirib: Xarici təcavüzün yeni mərhələyə daxi olduğuna və təcavüzkarların Babul-Məndəb keçidini ələ keçirmək üçün sionist rejimlə birləşdiyinə görə, təcavüzkarların hücumları ilə mübarizə üçün Yəmən qruplarının müştərək əməkdaşlığı üzrə bu sənədim imzalanması çoxlu əhəmiyyət daşıyır.
Yəmənin siyasi partiyaları həmçinin bu iclasda Yəməndə böhranın həlli məqsədilə yəmənli tərəflər arasında dialoq üçün BMT-nin səylərini müsbət qarşıladıqlarını bildiriblər.
Səudiyyə Ərəbistanı bəzi ərəb ölkələri və ABŞ-la əlbir olaraq 26 martdan Yəmənə qarşı irimiqyaslı hücumlara başlayıb. Belə ki, Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarsın.
Bu hücumlar indiyə qədər minlərlə nəfərin ölməsi, yaralanması və didərgin düşməsi ilə nəticələnib.