Qəzzədə tibbi kadr çatışmazlığı; yüzlərlə xəstənin həyatı təhlükədədir
Noy 05, 2015 12:32 Asia/Baku
Qəzzə zolağında tibbi kadr çatışmazlığı bu məntəqənin tibb və müalicə böhranını daha da kəskinləşdirib.
Səhər Beynəlxalq Televiziyasının Qüdsnet saytına istinadla verdiyi məlumata görə, Qəzzə zolağında Səhiyyə və Müalicə Nazirliyinin Xəstəxanalar üzrə baş direktoru Əbdüllətif əl-Hac deyib: Qəzzə xəstəxanaları tibbi kadr çatışmazlığı ilə üzləşib. Bu məsələ cərrahiyyə əməliyyatına ehtiyaclı xəstələrin müalicəsinin təxirə düşməsi ilə nəticələnib.Əl-Hac Milli Vəhdət hökumətini Qəzzə qarşılığında öz vəzifələrini yerinə yetirməməkdə suçlayıb və deyib: Qəzzənin səhiyyə və müalicə sektoru büdcə çatışmazlığına görə yeni tibbi kadr işə götürə bilmir. Çünki Milli Vəhdət hökuməti müalicə probleminin həlli üçün Qəzzəyə yetərli dəstəyi vermir.
Hazırda Qəzzə zolağında 12 dövlət xəstəxanası fəaliyyət göstərir və büdcəsini Milli Vəhdət hökumətindən alır.
Qəzzənin Səhiyyə Nazirliyinin xəstəxanalar üzrə baş direktoru bildirib: Bir çox cərrahiyyə əməliyyatı tibbi kadr çatışmazlığına görə təxirə salınıb. Həmin məsələ yüzlərlə xəstənin həyatını təhlükəyə atıb. Bəzi xəstəxanalar bəzən xəstənin cərrahiyyə əməliyyatını 3 il təxirə salır.
Qəzzə zolağı 2006-cı ildən mühasirədədir. 2007-ci ildən bu mühasirə daha da daralıb və Dünya Bankının 2015-ci il üzrə statistikasına əsasən işsizlik 43%, yoxsulluq 40% və humanitar yardımlara ehtiyaclı fələstinlilər isə 80%-dir.