Türkiyə: İran qazını Avropaya biz nəql edirik
Noy 05, 2015 12:48 Asia/Baku
-
Türkiyə: İran qazını Avropaya biz nəql edirik
Türkiyənin müvəqqəti hökumətinin energetika naziri Ankarada keçirilən VIII Beynəlxalq Enerji Konfransında Türkiyənin İran qazını öz ərazisindən Avropaya nəql etməyə hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ƏLirza Alaboyun Türkiyənin qonşu ölkələrdə qaz ehtiyatlarının tranziti baxımından böyük enerji terminalına çevrildiyini iddia edərək bildirib: Enerji siyasətləri xarici ölkələrin siyasəti ilə birbaşa əlaqədədir. Qarşıdakı dövrdə İran əleyhinə qərbin sanksiyalarının tam şəkildə ləğvi ilə İran qazı birləşdirilmiş sistemlə və onun əldə olunması ilə mümkün olacaqdır.Alaboyun deyib: Türkiyə İran qazını Avropaya nəql etmək məsələsinə müsbət yanaşır və paralel olaraq Anadolu boru kəməri ilə bu qazı Avropaya ixrac etmək olar.
TANAP adlanan Anadolu boru kəməri Azərbaycan Respublikasının Şahdəniz yatağının qazını Türkiyəyə və Türkiyə yolu ilə Avropa bazarlarına nəql edəcək çəkilməkdə olan boru kəməridir.
İran Rusiyadan sonra Türkiyənin qazını təmin edən ikinci böyük ölkədir və ildə 10 milyard kubmetrə qədər qazı Türkiyəyə ixrac edir.
İran qazının Avropaya əsasən də Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və beynəlxalq sanksiyaların ləğvindən sonra ixracı Türkiyədə enerji barəsində hər bir toplantıda irəli sürülən məsələlərdən biridir.